Dünyaİran

ABŞ İranın İraq ərazisindən mal çatdırmasının qarşısını almaq istəyir

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyadakı təsir zonasında qoşunları yenidən qruplaşdırmağa hazırlaşır.

Bu barədə “Əl-Əxbar” qəzetəsi xəbər verir.

Qeyd olunub ki, yeni əməliyyatın məqsədi əsas və strateji əhəmiyyətə malik olan Əbu Kamal şəhərinə nəzarəti ələ keçirməkdir. Beləliklə, Vaşinqton İranın İraq ərazisindən mal çatdırmasının qarşısını almaq istəyir.

Vurğulanıb ki, əgər ABŞ-ın planı baş tutarsa İranın müxtəlif yüklərinin İraq ərazisindən keçməklə Suriyaya, oradan da “Hizbullah” üçün Livana çatdırması qeyri-mümkün olacaq.

Bu məlumatın rəsmi təsdiqi olmasa da, Əbu Kamal şəhərinin ətrafı son vaxtlar İsrail ordusu tərəfindən dəfələrlə atəşə tutulub.

Related Articles

Bir cavab yazın

Back to top button