Site icon Aznews TV

ABŞ-nin dövlət katibi İsraildə səfərdədir

Bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller (Matthew Miller) “X” sosial hesabında yazıb.

O bildirib ki, Blinken bütün qalan girovların evə qayıtması üçün davam edən səyləri müzakirə məqsədilə İsraildədir.

“Münaqişənin mülki şəxslərə təsirini məhdudlaşdırmaq və Qəzzada fələstinlilərə çatan humanitar yardımı artırmaq vacibdir”,- M. Miller əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət katibi Türkiyə, Yunanıstan, BƏƏ, İordaniya, Qətər, Səudiyyə Ərəbistanına səfər edib. Növbəti ziyarəti isə Fələstin və Misirə olacaq.

Exit mobile version