Dünya

ABŞ-nin dövlət katibi İsraildə səfərdədir

ABŞ-nin dövlət katibi Antoni Blinken (Antony Blinken) Yaxın Şərq turnesi çərçivəsində İsraildə səfərdədir.

Bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller (Matthew Miller) “X” sosial hesabında yazıb.

O bildirib ki, Blinken bütün qalan girovların evə qayıtması üçün davam edən səyləri müzakirə məqsədilə İsraildədir.

“Münaqişənin mülki şəxslərə təsirini məhdudlaşdırmaq və Qəzzada fələstinlilərə çatan humanitar yardımı artırmaq vacibdir”,- M. Miller əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət katibi Türkiyə, Yunanıstan, BƏƏ, İordaniya, Qətər, Səudiyyə Ərəbistanına səfər edib. Növbəti ziyarəti isə Fələstin və Misirə olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button