O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun adından neft satışına və çirkli pulların yuyulmasına yardım etməkdə ittiham olunur.
ABŞ Maliyyə Nazirliyi öz bəyanatında Ayan şirkətlərinin İran neftinin satışı üçün beynəlxalq müqavilələr bağladığını, daşınmasını təşkil etdiyini, gəlirlərin yuyulmasına kömək etdiyini açıqlayıb.
Xəzinədarlıq Nazirliyinin məlumatına görə, Ayan yüz milyonlarla dollarlıq İran neftinin Çin, Birləşmiş Ərəb Əmirlikləri və Avropadakı alıcılara satışı üçün kommersiya müqavilələri hazırlayırmış. (Axar.az)