“RBC-Ukraine” agentliyinə istinadən xəbər verilir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Analitiklər qondarma “DXR”nin rəsmi nümayəndələrinə və Rusiya hərbi müxbirlərinə istinad edərək yazırlar ki, rus qoşunları hələ də Limana nəzarət etsələr də, Drobışev və Yampoldakı mövqelərindən geri çəkiliblər.
ISW-nin istinad etdiyi rus mənbələri iddia edir ki, ruslar hələ də Limandan Torskoya gedən bir yola nəzarət edir, Ukrayna qüvvələri isə Stavok rayonunda Drobışevo-Torskoye yolunu bağlayıb. Bu mənbələr həmçinin Ukrayna kəşfiyyat və diversiya qruplarının fəallığının artırdığını vurğulayırlar.
Geolokasiya görüntülərində Ukrayna artilleriyasının Torskoye bölgəsində geri çəkilən Rusiya qüvvələrinə zərbə endirdiyi də görünür. (report)