Dünya

ABŞ Ukraynaya yeni yardım paketinə “Stryker” zirehli maşınlarını daxil edəcək

ABŞ administrasiyası Ukraynaya cümə günü elan ediləcək növbəti hərbi yardım paketinə bir neçə “Stryker” zirehli döyüş maşını, artilleriya, sursat daxil etmək niyyətindədir. Lakin bu yardıma “Abrams” tanklarını daxil etməyəcək

Bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin fikrincə, “Abrams”ın göndərilməsindən imtina maddi-texniki çətinliklər və onların saxlanması ilə bağlıdır.

Vaşinqton administrasiyası hələlik onları Kiyevə göndərmək fikrində deyil. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button