Azərbaycan

Azərbaycanlı fəallar #arazaraz həştaqı ilə kampaniya başladıblar

İran məqamları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda “Araz” şeirini oxumasına təpki göstəriblər. Buna cavab olaraq azərbaycanlı fəallar sosial şəbəkələrdə #arazaraz həştaqı ilə kampaniya başladıblar. Fəallar bildiriblər: “Sözügedən kampaniyanı sırf İran məqamlarının həssaslığına cavab və ya Rəcəb Tayyib Ərdoğana dəstək olaraq başlatmağımız zəruri deyil. Necə ki, həmin şeirin Türkiyə prezidenti tərəfindən səsləndirilməsi İranda diplomatik qalmaqala səbəb olub. Bizim haştaqımızda həm dostun, həm də düşmənin aydın şəkildə başa düşəcəyi bir ismarıc var”. İranın bu duruma təpkisini nəzərə alaraq, ANT telekanalının izləyicilərinin də kampaniyaya qoşulması önərilir.

Related Articles

Bir cavab yazın

Back to top button