Dünya

ABŞ və Böyük Britaniya XİN başçıları İran etirazçılarına dəstək verib

"ABŞ və Böyük Britaniya XİN başçıları İran etirazçılarının dəstəklənməsini vurğuladılar". Bunu ABŞ xarici işlər naziri Entoni Blinken Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransında deyib.

ABŞ və Böyük Britaniyanın xarici işlər nazirləri birlikdə İranda nümayişçilərə dəstək verdiklərini açıqlayıblar.

İranda baş verən hadisələr bu iki diplomatın yanvarın 17-də Vaşinqtonda müzakirə etdiyi mövzulardan biri olub.

“Biz gənc qadınlar başda olmaqla, öz fundamental hüquqlarını müdafiə edən cəsarətli iranlıların yanındayıq, belə qeyri-adi repressiyalara qarşı duracağıq”,- deyə, onlar bildiriblər.

Hər iki diplomat ölkələrinin tətbiq etdiyi sanksiyalardan başqa, diplomatiyaya da önəm verdiklərini qeyd ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button