Dünya

ABŞ VƏ BRİTANİYA HUSİLƏRİ VURMAĞA BAŞLADILAR – Əsas hədəf dron, raket və radarlardır

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb.

Aznewstv xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Husi hədəflərinə qarşı ABŞ-Britaniya hərbi əməliyyatı başlayıb”, – mənbələr telekanala bildirib.

Onlar qeyd ediblər ki, hücum xüsusilə Hudeyda limanının kənarında həyata keçirilib. Hudeydanın şərqində husilərin hədəflərinə 5 hava hücumu təşkil edildiyi də vurğulanıb.

Yəmənin husilərin nəzarətində olduğu ərazilərinə endirilən zərbələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır.

Bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostinin bəyanatında bildirilib.

 

“Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır”, – Ostinin bəyanatında diqqətə çatdırılıb.

Onun sözlərinə görə, “koalisiyanın bugünkü əməliyyatları husilərə aydın mesajdır”:

“Qanunsuz hücumlarından vaz keçməsələr, bədəlini ödəməli olacaqlar”.

“Birləşmiş Ştatlar özünümüdafiə hüququnu özündə saxlayır və lazım gələrsə, Amerika qüvvələrini qorumaq üçün növbəti addımlar atacağıq”, – nazir vurğulayıb.

O da məlum olub ki, ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunun hədəfi Səna və Hudeydə hava limanları, həmçinin Əd-Deyləmi aviabazası olub.

Bu barədə Qətərin “Al Jazeera” telekanalı “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsinə istinadən bildirib.

Telekanalın məlumatına görə, ABŞ və Britaniyanın zərbələrinin əsas hədəfləri Səna beynəlxalq hava limanı, Hudeyda hava limanı və onun ətrafı, həmçinin Yəmənin şimal-qərbindəki Saada şəhərində yerləşən Əd-Dailami hərbi hava bazası və Kelen düşərgəsi olub.

Related Articles

Bir cavab yazın

Back to top button