Dünyaİran

Ağ Ev: “Amerika İranın təhlükəsinə cavab olaraq körfəzdəki qüvvələrini gücləndirir”

Birləşmiş Ştatlar İranın regionda ticarət gəmilərini ələ keçirmək və hədələməklə bağlı hərəkətlərinə cavab olaraq körfəzdəki qüvvələrini gücləndirir.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi mayın 12-də jurnalistlərə bildirib ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyi körfəzdəki hərbi mövqelərini gücləndirmək üçün tədbirlər görür və bunun təfərrüatları yaxın günlərdə Ordu Mərkəzi Komandanlığı tərəfindən açıqlanacaq.

“ABŞ xarici və regional güclərin Hörmüz boğazı da daxil olmaqla, Yaxın Şərqin su yollarında naviqasiya azadlığını təhlükə altına atmasına icazə verməyəcək”,- Kirbi qeyd edib.

Kirbinin sözlərinə görə, son iki ildə İranın “ticarət gəmiləri ilə bağlı Fars körfəzində gəmiçilik hüquqlarına təcavüz etdiyi, hücum etdiyi və ya müdaxilə etdiyi” 15 hadisə baş verib. Amma son 2 ayda xüsusilə İranın mayın əvvəlində, bir həftə ərzində 2 kommersiya tankerini ələ keçirməsindən sonra vəziyyət xüsusilə gərginləşib.

Related Articles

Bir cavab yazın

Back to top button