Dünya

Ağ Ev-dən son hazırlıq: ABŞ diplomatlarına Ukraynanı tərk etməyə icazə verildi

Dövlət Departamenti ABŞ diplomatlarına Ukraynanı könüllü olaraq tərk etməyə icazə verib.

Bu barədə departamentin yaydığı məlumatda deyilir.

Həmçinin, qeyd edilib ki, ABŞ öz diplomatlarına ailə üzvlərinin Kiyevdəki səfirliyi tərk etməsinə göstəriş verib.

Departament bunu Rusiya tərəfindən hər an başlaya biləcək hərbi əməliyyatlar təhlükəsi ilə izah edib.

Dövlət Departamentinin yüksək rütbəli rəsmisi brifinqdə deyib ki, qəfil münaqişə baş verərsə, ABŞ hökuməti vətəndaşlarını evakuasiya edə bilməyəcək.

Əminliklə vurğulanıb ki, Ukraynadakı ABŞ Səfirliyi fəaliyyətini həmişəki kimi davam etdirəcək.

Related Articles

Bir cavab yazın

Back to top button