Azərbaycan

Koronavirusa görə Ərdəbil məktəbləri daha bir həftə bağlı qalacaq

Ərdəbil məktəbləri daha bir həftə bağlı qalacaq. Buna səbəb koronavuris pandemiyasının geniş yayılmasıdır.

Ərdəbil əyaləti valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Rza Qasimiyan əyalətin Təhsil İdarəsinə məktub yazaraq iki həftədir tətil edilən məktəblərin daha bir həftə bağlı qalmasını istəyib.

R.Qasimiyan mediaya verdiyi açıqlamada bildirib ki, koronavirusun 6-cı dalğasının davam etməsi, Omikrona yoluxma və ölüm hallarının artmasını nəzərə alaraq məktəblərin bağlı qalmasına və dəsrlərin onlayn keçirilməsinə qərar verilib.

Ərdəbil Tibb Elmləri Universitetinin başçısı Əli Məhəmmədiyan Qasimiyanın təklifini dəstəklədiyini və koronavirusun yeni ştammı Omikronun sürətlə yayıldığını deyib.

Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin Təhsil İdarəsi əyalətin 12 şəhərində məktəblərin daha bir həftə bağlı qalmasına qərar verib.

Related Articles

Bir cavab yazın

Back to top button