Dünya

ABŞ-da prezident seçkiləri: Bayden öndədir

ABŞ-da prezident seçkilərinin nəticələri yenilənib.

 

Son nəticəyə görə, Demokrat Partiyasının namizədi Co Bayden 70 106 680 seçici səsi, Respublikaçıların namizədi Donald Tramp isə 67 356 298 səs qazanıb.

 

Beləliklə, Bayden Seçkiçilər Kollegiyasında 248 səsə, Tramp isə 214 səsə malikdir.

 

Xatırladaq ki, seçkilərdə qələbə üçün hər hansı bir namizəd 270 səs toplamalıdır.

 

**20:54 (04.11.2020)

 

ABŞ-da prezident kürsüsü uğrunda mübarizənin qalibi hələ məlum deyil. Çünki istər indiki Prezident Donald Tramp, istərsə də sabiq vitse-prezident Co Bayden qələbə üçün zəruri olan 270 seçkiçi səsini hələ toplaya bilməyib.

 

Virtualaz.org yerli KİV-ə istinadən xatırladır ki, ABŞ-da mövcud seçki sisteminə görə dövlət başçısı 538 nəfərdən ibarət Seçkiçilər Kollegiyası tərəfindən seçilir. Hər bir ştatı təmsil edən seçkiçilərin sayı Konqresdə həmin ştatın nümayəndələrinin sayına bərabərdir. Seçkiçilər seçkilərdə əvvəlcə onların ştatında qalib gəlmiş namizədə səs verməlidirlər, lakin bunu bir vəzifə kimi tələb edən qanun yoxdur. Beləliklə, namizəd öz opponenti ilə müqayisədə daha çox amerikalının səsini topladığı halda, seçkiçilərin həmin namizədə daha az səs verməsi nəticəsində uduza bilər.

 

 

 

Hələlik-94 faiz bülletenlərin sayılmasından sonra Bayden səslərin 49,3, Donald Tramp isə 49,1 faizini toplayıb.

 

Onu da qeyd edək ki, səslərin tam hesablanması prosesi bir neçə gün davam edə bilər. Məsələn, Pensilvaniya ştatı poçtla göndərilmiş bülletenlərin sayı anomal dərəcədə çox olduğuna görə, səsvermənin nəticələri barədə yaxın günlərdə məlumat təqdim edə bilməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button