İran

“Agentlik bizimlə əməkdaşlıq etmir”- İran rəsmisi

İran Nüvə Enerjisi Təşkilatının rəisi Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi tənqid edərək İranla əmədaşlıq etmədiyini iddia edib.

İslami, Məşhəd şəhərində keçirilən İnkişafın Rəvayəti adlı sərgi zamanı deyib: “bu beynəlxalq qurum bizimlə əməkdaşlıq etmir, üstəgəl İranın nüvə proqramına problemlər törədib.

Agentlik sanksiyalar tətbiq etməklə və bizə ehtiyac olan texnologiyaların təmin edilməsinə problem yaradaraq İranın nüvə sənayesinin inkişafının qarşısını alıb.”

Xatırladaq ki, Agentliyin baş katibi Rafael Qrossi Davos Forumu zamanı yanvarın 19-u bildirib ki, İran Agentliklə əməkdaşlıq etməli olduğu bir halda əməkdaşlığını misli görünməmiş tərzdə ninimuma endirib.

Qeyd edək ki, İran nüvə proqramının sülh məqsədli olduğunu iddia etsə də faktlar nüvə silahına çatmaq niyyətindən olduğuna və bu istiqamətdə fəaliyyət göstərdiyinə dəlalət edir.

Related Articles

Bir cavab yazın

Back to top button