Dünya

“Akınci” pua-larının i̇lk atış sınaqları keçi̇ri̇li̇b

Türkiyənin “Baykar” şirkətinin düzəldiyi “Bayraktar Akıncı” PUA-larının ilk atış sınağı uğurla keçirilib. Bu barədə şirkətin rəhbəri Səlcuk Bayraktar tuiter səhifəsində qeyd edib.

Bildirilib ki, “Bayraktar Akıncı” milli raket sistemləri düzəldən “ROKETSAN” tərəfindən hazırlanan “MAM-C”, “MAM-L” və “MAM-T” sursatları ilə işə salınıb. İlk yoxlama uçuşu “Akıncı PT-3” ilə avrilin 17-də baş tutub. Avrilin 21-də ikinci uçuş, 22-də isə ilk atışlar həyata keçirilib. “ROKETSAN” şirkətinin yaydığı görüntülərdə isə “Akıncı” MAM-T raketi ilə Rusiya tolidi olan “Pantsir” zenit-raket qurğusunun necə məhv edildiyi göstərilib. Qeyd edək ki, bu, MAM-T raketinin ilk sərgisidir.

Related Articles

Bir cavab yazın

Back to top button