
Bu qəbildən olan çağırışlardan biri Almaniyanın xarici işlər naziri Annalena Berbok tərəfindən səsləndirilib.
Nazir ARD telekanalının efirində deyib ki, Avropa səviyyəsində İrana qarşı sanksiyalar sərtləşdirilməlidir.
“Mən israrla onların (sanksiyalar – red.) genişləndirilməsinin tərəfarıyam, çünki biz onun (İranın – red.) hərəkətlərinin nə qədər təhlükəli olduğunu görürük”, – o qeyd edib.