İran

Almaniya İranın raket və nüvə proqramları üçün qanunsuz texnologiya alınması ilə bağlı hesabat yaydı

Almaniyanın təhlükəsizlik mənbələrinin hesabatına görə, İran raket və nüvə proqramlarında istifadə olunacaq qanunsuz texnologiya almaqla nüvə razılaşmasının şərtlərini pozub.

Hesabatda bildirilir ki, İran qanunsuz şəkildə və 2015-ci il nüvə anlaşmasının müddəalarına zidd olaraq, İran əsilli Almaniya vətəndaşı vasitəsilə təxminən 1 milyon avro məbləğində texnologiya alıb.

Bu hesabat Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun 2021-ci ilin sentyabrında apardığı təhlilin düzgünlüyünü təsdiqləyir. Belə ki, həmin təhlildə Almaniya-İran vətəndaşı “Aleksandr J”nin adından bəhs olunur.

Sözügedən institutun araşdırma yazısında qeyd olunub ki, “Aleksandr J” ilə bağlı dosye İranın raket və nüvə proqramları üçün lazım olan maddələri əldə etmək məqsədilə ticarətə nəzarət qanunlarını və digər ölkələrin sanksiyalarını pozmaq üzrə davamlı səylər göstərdiyindən xəbər verir.

Related Articles

Bir cavab yazın

Back to top button