Dünyaİran

Almaniya kansleri: “Avropa Birliyi tezliklə İran hökumətinə qarşı yeni sanksiyalar tətbiq edəcək”

Almaniya Federativ Respublikasının kansleri Olaf Şults Avropa Birliyinin Məhsa Əmininin ölümündən sonra iranlı etirazçılara qarşı həyata keçirilən repressiya dalğasına cavab olaraq İran İslam Respublikasına qarşı yeni sanksiyaları nəzərdən keçirdiyini açıqlayıb.

Almaniyanın Federal Kansleri Avropa Birliyinin nəzərdən keçirdiyi və dərhal həyata keçirməyi planlaşdırdığı sanksiyaları vacib sayaraq deyib ki, Avropa İttifaqı İran hökumətinə qarşı sanksiyalarına yeni cəza tədbirləri əlavə etməyi planlaşdırır.

Bir müddət öncə Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirmişdi ki, Almaniya və Avropa İttifaqı SEPAH-ı terrorçu qruplaşmalar siyahısına daxil etməyi nəzərdən keçirir.

Amerika hökuməti SEPAH-ı terrorçu qruplar siyahısına daxil edib.

Related Articles

Bir cavab yazın

Back to top button