İran

İranda dörd qadın hüquqları fəalı həbs olunmaq üçün Evin zindanına çağırılıb

Dörd qadın hüquqları müdafiəçisi cəzalarını çəkmək üçün Evin zindanının Hökmlərin İcrası bölməsinə çağırılıb.

“Aznews tv”nın xəbərinə görə, “HRANA” ajansı bu barədə yazıb ki, aprelin 3-də Nahid Şəqaqi, Əkrəm Nəsirian, Məryəm Məhəmmədi və Əsrin Dərkaleyə göndərilən bildirişə görə, onlar 30 gün ərzində həbs cəzalarının icrası üçün Evin zindanının Hökmlərin İcrası bölməsinə müraciət etməlidirlər.

Xatırladaq ki, sözügedən qadın fəallar 2019-cu ildə “ölkənin əmniyətinə qarşı toplaşma və əlbirolma”, “hökumət əleyhinə təbliğat fəaliyyəti” və “hicaba riayət etməmək” kimi ittihamlarla hər biri ayrı-ayrılıqda 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və girov qarşılığında azadlığa buraxılmışdı.

Onların “İran qadınlarının səsi” qeyri-hökumət təşkilatının üzvləri olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button