Dünyaİran

Almaniya xristianlığı qəbul edən iranlı qaçqınların müraciətlərini rədd edir

İnsan haqları təşkilatları və fəalları bildiriblər ki, Almaniya hökuməti xristianlığı qəbul etmiş iranlı qaçqınların bu ölkədə sığınacaq almaq üçün müraciətlərini daha çox rədd edir və onları dərhal ölkədən qovur.

Məsələ ilə bağlı Almaniyanın CNA xəbər ajansı xristianlığı qəbul etmiş iranlıların əsas mərkəzlərindən olan Berlin-Steqlitz Lüteran kilsəsinin keşişi Gotfried Martens ilə həmsöhbət olub. Onun sözlərinə görə, hazırda orada 800 iranlı və 400 əfqan vətəndaşı var.

“Biz dəfələrlə belə hadisələrin şahidi olmuşuq. Almaniyadakı bir çox digər kilsələrlə əlaqəm olduğu üçün bilirəm ki, Almaniyanın hər yerində 1000-dən çox insana oxşar şəkildə təsir edən, sadiq xristianları qovmaq və onları İrana geri göndərmək kimi problemlər var”, – deyə almaniyalı keşiş vurğulayıb.

Qeyd edək ki, özəlliklə son illərdə İran rejiminin basqıları nəticəsində ölkədən beyin axınları ilə yanaşı, sadə vətəndaşlar da həyat şəraitinin çətinliyi üzündən ölkəni tərk edərək başqa dövlətlərdə dözülməz şərtlərdə mühacir həyatı yaşamalı olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button