İran

Almaniyanın Frayburq Universiteti “antisemitizm təbliğatı”na görə İsfahan Universiteti ilə əməkdaşlığı dayandırdı

"Aznews tv" xəbər verir ki, "The Jerusalem Post" qəzeti İsrail dövlətinin İranın bütün orqanlarının təcrid edilməsi və Qərbin onlarla əməkdaşlığını kəsməsi üçün səylər göstərdiyini təsdiq etdiyini bildiri

İsraildə fəaliyyət göstərən “The Jerusalem Post” qəzeti dekabrın 22-də xəbər verib ki, Almaniyanın Frayburq Universiteti “antisemitizm təbliğatı” və “İsrailin məhv olması” ilə bağlı yazılar dərc edən İsfahan Universiteti ilə bütün əməkdaşlığını dayandırıb.

“Aznews tv” xəbər verir ki, “The Jerusalem Post” qəzeti İsrail dövlətinin İranın bütün orqanlarının təcrid edilməsi və Qərbin onlarla əməkdaşlığını kəsməsi üçün səylər göstərdiyini təsdiq etdiyini bildirib.

Qəzetin yazdığına görə, Frayburq Universiteti artıq 2019-cu ildən bəri İsfahan Universiteti ilə tələbə mübadiləsi proqramlarını dayandırıb.

Frayburq Universitetinin sözçüsü Bastin Eştravex məsələ ilə bağlı açıqlamasında söyləyib ki, hazırda Frayburq Universitetində çox az sayda iranlı öyrənci var. Lakin bu universitetdən keçmiş tələbə mübadiləsi proqramı ilə İsfahan Universitetinə hətta bir tələbə göndərilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button