Dünya

Almaniyanın xarici işlər naziri Kiyevə səfər edib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə gözlənilməz səfər edib.

Bu, nazir Annalena Berbokun son il yarım ərzində Ukraynaya 4-cü səfəridir. O, Kiyevə Polşadan gecə qatarı ilə gəlib.

Naziri vağzalda Almaniyanın Ukraynadakı səfiri Marin Yeger qarşılayıb.

Berbok səfər zamanı bildirib ki, Ukraynanı iqtisadi, humanitar və hərbi sahədə bundan sonra da dəstəkləyəcək.

Nazirin səfər qrafiki açıqlanmır.

Related Articles

Bir cavab yazın

Back to top button