Dünya

AMERİKA BƏZİ ÖLKƏLƏRƏ ATOM SINAQLARI İLƏ CAVAB VERƏ BİLƏR

Amerika Rusiya və Çinə atom sınaqları ilə cavab verə bilər. Ağ Evin yüksək vəzifəli nümayəndələri təxminən son 30 ildə ilk dəfə atom sınağının keçirilməsi məsələsini qaldırıblar.
Bu barədə “Washington Post” məlumat yayıb.
Sözügedən məsələ meyın 15-də Amerikanın Rusiya və Çini kiçikmiqyaslı atom sınaqları keçirməkdə ittiham etməsindən dərhal sonra müzakirə olunub. Nəşrin mənbələrindən birinin sözlərinə görə, görüş atom sınağının keçirilməsi ilə bağlı yekun qərara gəlinmədən yekunlaşıb. Mənbə qeyd edib ki, Vaşinqtonun sınaq keçirə bilməsinin nümayişi danışıqlar baxımından faydalı olar bilər.
Digər mənbə isə bildirib ki, görüşdə Rusiya və Çinə başqa tədbirlərlə cavab verilməsi qərara alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button