Dünyaİran

Amerika bir iranlıya 63 ay həbs cəzası verib

Amerika təhrimlərin pozulması və çirkli pulların yuyulması ittihamı ilə bir iranlıya 63 ay həbs cəzası verib və daha üç nəfəri müttəim edib

Amerikanın Ədliyyə Vəzirliyi iki ayrı açıqlamasında bir İran vətəndaşının 63 ay həbs cəzasına məhkum edildiyini eləcə də 3 nəfdər başqa iranlıya qanunsuz sadirat, çirkli pulların yuyulması habelə Amerikanın İslam Cumhuriyyətinə qarşı təhrimlərinin pozulması ittihamları irəli sürüldüyünü bildirib.

Eyni zamanda, Mayami məhkəməsi də Amerikanın İrana qarşı qoyduğu təhrimləri pozmaqda və çirkli pulların yuyulmasında üç Florida sakininə qarşı ittiham irəli sürüb. Bu üç nəfər öz şirkətləri vasitəsi ilə jenetik sekanslama dəsqahları almaqda və onları Amerikannın Maliyyə vəzirliyinin icazəsi olmadan İrana göndərməkdə günahlandırılır.

Amerika Maliyyə Vəzirliyindən verilən açıqlamaya görə, müttəhimlər Mayami Universitetinin keçmiş ustadyarı Məhəmməd Fəqihi, bacısı və xanımı Faizə Fəqihi və Fərzanə Modərresi ilə birlikdə “Express Jane” adlı şirkətləri üzərindən 2016-cı ilin oktobr ayından 2020-ci ilin novambr ayına qədər Maleyzya, Çin, Sinqapur, Türkiyə və İmaratdan 3 milyon yarım dolar Vayer Transfer şəklində pul alıblar.

İrəli sürülən ittihamlara görə, “Express Jane” şirkəti alınan pulları jenetik sekanslaşdırma təchizatı alaraq İrana göndərməyə xərcləyib.

Üç müttəhim ilk məhkəmə toplantısına qatılıblar. Onların hər üçü çirkli pulların yuyulması və Amerikaya qarşı cinayət törətməkdə günhlandırılırlar.

Related Articles

Bir cavab yazın

Back to top button