İran

Amerika: Evin zindanından yayılan görüntülər İran zindanlarındakı sistematik işgəncələri təsdiqləyir

"Evin zindanından yayılan görsəl və video görüntülər İran zindanlarında məhkumlara verilən sistematik işgəncələri təyid edir."

“Evin zindanından yayılan görsəl və video görüntülər İran zindanlarında məhkumlara verilən sistematik işgəncələri təyid edir.” Bu sözləri Amerikanın Xarici İşlər Nazirliyinin Demokratiya, İnsan Haqları və İş İdarəsi məsələ ilə bağlı “Tvitter”dəki açıqlamasında qeyd edib. Sözgedən idarə İran hökumətini bütün siyasi məhbusları azad etməyə, eləcə də məhkumlarla onların ləyaqətinə uyğun davranmağa çağırıb. Qeyd edək ki, bir neçə gün öncə “Əlinin Ədaləti” adlı bilinməyən haker qrup Evin zindanının nəzarət durbinlərini hək edərək orada İran hökuməti məsullarının məhbuslara verdiyi işgəncələrlə bağlı görüntüləri yayıb.

Related Articles

Bir cavab yazın

Back to top button