İran

Amerika İrana qarşı basqıları artırmaq məqsədilə onun neft daşıma şəbəkəsinə qarşı sanksiyaları nəzərdən keçirir

Co Bayden hökuməti İran neftinin dəniz yolu ilə daşınmasında iştirak etdiyi güman edilən qlobal şəbəkəyə qarşı sanksiyaları nəzərdən keçirir.

“The Wall Street Journal” qəzetinin iyulun 31-də verdiyi xəbərə görə, İranla nüvə anlaşmasının dirçəldilməsinə dair müzakirələrin dayandırılmasından sonra Bayden hökuməti danışıqları davam etdirmək üçün yeni addımlar haqqında düşünür.

Məlumata görə, nəzərdən keçirilən yeni sanksiyalar Birləşmiş Ərəb Əmirliklərindəki bir iş adamını və İran neftini ixrac etməkdə şübhəli bilinən şirkətlər şəbəkəsini hədəf alır.

Nüvə sazişinin canlandırılması ilə İranın nüvə proqramı geri qayıdacaq və onun məhdudlaşdırılması qarşılığında bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların bir hissəsi dayandırılacaq.(https://t.me/AzadIranTelegram/8901)

Related Articles

Bir cavab yazın

Back to top button