Dünyaİran

Amerika İrana qarşı sanksiyaları pozan Yaponya şirkətini cərimələdi

Amerika Yaponiyanın "Sojitz" adlı ticarət şirkətini Vaşinqtonun İrana qarşı iqtisadi sanksiyalarını pozduğuna görə 5.2 milyon dollar məbləğində cərimələyib.

Amerika Yaponiyanın “Sojitz” adlı ticarət şirkətini Vaşinqtonun İrana qarşı iqtisadi sanksiyalarını pozduğuna görə 5.2 milyon dollar məbləğində cərimələyib.

“Aznews tv” xəbər verir ki, yanvarın 11-də bu haqda Amerika Maliyyə Nazirliyinin saytında xəbər verən Xarici Aktivlərə Nəzarət İdarəsi – “OFAC” yazıb ki, Honq Konqda yerləşən “Sojitz” şirkətinin işçiləri İrandan gizli şəkildə mal ticarətində iştirak ediblər.

OFAC-ın məlumatına görə, sözügedən şirkətin işçiləri 64 min ton İran istehsalı yüksək sıxlıqlı polietilen qatranı yükünün mənşəyini gizlədərək Amerika maliyyə qurumlarının qaydalarına zidd olaraq bu əməliyyatla bağlı ödənişlərə icazə vermələrinə səbəb olublar.

Qeyd edək ki, plastiklərin istehsalında istifadə olunan bu material Taylanddakı naməlum təchizatçıdan alınıb və daha sonra Çindəki “Sojitz” şirkətinin alıcılarına göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button