
“Aznews tv” xəbər verir ki, o, “Twitter” hesabındakı paylaşımında Amerikanın Səudiyyə Ərəbistanına dəstəyini vurğulayaraq husilərin əsasən “infrastruktur, məktəblər və məscidlərə” hücumlar təşkil etdiyini bildirib.
Xatırladaq ki, Co Bayden hökuməti ötən il Yəməndə husilərə qarşı hərbi əməliyyatda S.Ərəbistanına dəstəyini dayandırıb və bu ölkəyə silah satışını məhdudlaşdırmaqla yanaşı, husiləri də terror qrupları siyahısından çıxarıb.
Bundan istifadə edən İranın dəstəklədiyi husilər isə son aylarda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə hərbi hücumlarını daha da gücləndirib.