İran

Amerika: İranın dəstəklədiyi husilər mülki hədəflərə hücum edir

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, İrana bağlı husi qruplaşması mülki hədəflərə hücum edir və bu hücumlar mütləq dayandırılmalıdır.

“Aznews tv” xəbər verir ki, o, “Twitter” hesabındakı paylaşımında Amerikanın Səudiyyə Ərəbistanına dəstəyini vurğulayaraq husilərin əsasən “infrastruktur, məktəblər və məscidlərə” hücumlar təşkil etdiyini bildirib.

Xatırladaq ki, Co Bayden hökuməti ötən il Yəməndə husilərə qarşı hərbi əməliyyatda S.Ərəbistanına dəstəyini dayandırıb və bu ölkəyə silah satışını məhdudlaşdırmaqla yanaşı, husiləri də terror qrupları siyahısından çıxarıb.

Bundan istifadə edən İranın dəstəklədiyi husilər isə son aylarda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə hərbi hücumlarını daha da gücləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button