İran

Amerika İranın Müstəzəfan Bünyadı və kəşfiyyat nazirliyinə sanksiya tətbiq edib

Amerikanın Xəzanədarlıq Vəzirliyi İranın Müstəz`əfan Bünyadını və İttilaat vəziri Seyid Mahmud Ələvini təhrimlər listinə əlavə edib. Bu barədə Amerikanın Xəzanədarlıq Vəzirliyinin rəsmi saytında yaydığı açıqlamada bildirilib. Məlumata görə, İranın İttilaat vəziri də daxil olmaqla 9 şəxs, 49 qurum və bir gəmi təhrimlər listinə salınıb. Sipahın keçmiş yüksək məqamlarından olan və Müstəz`əfan Bünyadının rəisi Pərviz Fəttahın da adı təhrimlər listində yer alıb. Habelə, “Müstəz`əfan” Bünyadına bağlı “Sina” enerji, “Behran” neft , “Kave Pars” mədən sənayesi, İranın Umran və Məskən , “Saman Pars”, “Sina Paya” sənaye gəlişdirmə şirkətləri, “Sina” Bank və bu qurumların müdirləri də təhrim olunublar.

Related Articles

Bir cavab yazın

Back to top button