İran

İranın BMT-nin Qadının Statusu Komissiyasına üzv olmasına sərt reaksiyalar gəlib

İran martın 25-dən etibarən Birləşmiş Millətlər Təşkilatı Qadının Statusu Komissiyasına rəsmi üzv seçilib.

“Aznews tv”xəbər verir ki, bir çoxları qadın hüquqlarının kobud şəkildə pozulduğu bir ölkənin sözügedən komissiyaya üzvlüyünü utancverici bir addım kimi qiymətləndirirlər.

Qadın hüquqları müdafiəçisi Mina Əhədi İranın BMT-nin Qadının Statusu Komissiyasına üzvlüyünü “dünyamız üçün biabırçılıq” adlandırıb.

“Bild” qəzetinin yazdığına görə, 65 yaşlı siyasi fəal qeyd edib ki, sözügedən komissiya qadın hüquqlarını müdafiə etməlidir və onun fikrincə, İbrahim Rəisi hökumətindəki molla rejimində bele bir hüquq yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button