Dünya

Amerika Müdafiə Nazirliyi Rusiyaya silah yardımı ilə bağlı İrana xəbərdarlıq etdi

Ordu rəhbərləri iyulun 20-də mətbuat konfransı keçiriblər.

Amerikanın müdafiə naziri Lloyd Ostin və Amerika Ordusunun Birgə Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley iyulun 20-də Tehranın Rusiya ilə pilotsuz təyyarələrin tədarükü üzrə hərbi əməkdaşlığı ilə bağlı Amerika rəsmilərinin narahatlığını bildirərək, İranın Rusiyaya hər hansı yardımına qarşı xəbərdarlıq ediblər.

“Bunun yaxşı ideya olmadığını bildirir, İrana bu işi görməməyi tövsiyə edir və bundan artıq nəsə demək istəmirəm”-deyə, Lloyd Ostin bildirib.

Beynəlxalq media bildirir ki, Rusiyanın İrana məxsus pilotsuz təyyarələrdən istifadə etmək cəhdi Ukraynaya qarşı 4 aydır davam edən müharibənin verdiyi ağır itkilərə görə Rusiyanın təcili olaraq öz qüvvələrini gücləndirməsi zərurətindən xəbər verir.

Related Articles

Bir cavab yazın

Back to top button