Dünya

Amerika Müdafiə Nazirliyi: “Uss Nimitz ” gəmisi Fars Körfəzinə qaytarılır”

“USS Nimitz” təyyarə daşıyan gəmi və onu müşayiət edən donanma Xəlic bölgəsinə qaytarılır. Bu qərarın məqsədi Amerika əsgərləri Əfqanıstan və İraqı tərk etdikdə onlara dəstək vermək, habelə hava müdafiəsi göstərməkdir. Bu barədə Amerika Müdafiə Nazirliyinin rəsmisi cümə günü CNN-ə açıqlama verib. “Qərar İranın nüvə aliminin öldürülməsi xəbəri yayılmamışdan əvvəl qəbul edilib. Ancaq bundan asılı olmayaraq Amerika qüvvələrinin köçürülməsi İran üçün çəkindirici bir mesajdır. İranın nüvə rəsmisinin öldürülməsindən sonra Vaşinqton indiki “çox həssas” vəziyyəti izləyir”,-deyə o, bildirib.
CNN xəbər verir ki, “USS Nimitz” təyyarə daşıyan gəmisinin Xəlicə qayıtması Amerikanın bu bölgədəki nizami gücünü artıracaq.

Related Articles

Bir cavab yazın

Back to top button