Dünya

Amerika müsadirə olunan İran neftinin satışını həyata keçirib

“Müsadirə olunan bir milyon boşqadan çox İran yanacağının satışı başa çatıb”.
Bu barədə Amerikanın Dadqüstəri Vəzirliyinin sözçüsü Mayk Raymondi məlumat verib. Onun sözlərinə görə, həmin satışdan əldə olunan vəsait Amerikanın Terrorizm Qurbanları Bünyadına ayrılacaq.
Vəzirlik rəsmisi bildirib ki, ötən həftə ələ keçirilən və İran nəftini daşıyan başqa bir gəmi isə Amerika limanlarına çatmaqdadır.
Xatırladaq ki, ötən il Amerika 1 milyon 200 min boşqa benzini daşıyan 4 tankeri İrana aid yanacaq daşıdıqlarını elan edərək ələ keçirib. Bir müddət sonra isə bu gəmilərin yüklərinə həbs qoyularaq satıldığı açıqlanıb. Mayk Raymondi qeyd edib ki, sözügedən İran benzininin satışı bu yaxınlarda başa çatıb.
Qeyd edək ki, Amerika ötən həftə də Liberiya bayrağı altında üzən Yunana məxsus “Axilles” tankerini saxlayıb. Amerika məqamlarının sözlərinə görə, gəmi İran nəftini daşıyıb.

Related Articles

Bir cavab yazın

Back to top button