Dünyaİran

Amerika nəşri: “İran neftini daşıyan tankerlərə hücum edilib”

İran nəftini Suriyaya daşıyan 12 gəmiyə hücum edilib. Məsələ ilə bağlı “The Wall Street Journal” qəzeti xəbər yayıb. Qəzet İsrailin 2019-cu ilin sonlarından bəri İran nəftini Suriyaya aparan ən azı 12 gəmini hədəf aldığını yazıb. Məlumata görə,
hücumlar Qırmızı dənizdə və başqa yerlərdə meydana gəlib. Hücuma uğrayan gəmilərin bir neçəsində də İran silahları tapılıb. Bildirilib ki, İranın nəft tankerlərinə edilən hücumlar gəmilərin batmasına səbəb olmayıb və tankerlər iki dəfə İrana qayıtmaq məcburiyyətində qalıblar.
“İsrail bu addımı ilə İranın nəft ticarətini dayandırmağa çalışıb. Çünki İran nəft satışından əldə etdiyi gəlirlər hesabına bölgədəki radikal qruplara maali dəstək verir”, – deyə nəşrdə vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button