
424 lehinə, 2 əleyhinə səslə təsdiqlənən qanun layihəsi daha sonra Senat tərəfindən təsdiq olunmalıdır.
Amerika Nümayəndələr Palatasının demokrat üzvü Ted Deutç qanun layihəsinin təsdiqlənməsi barədə “Tvitter” hesabında yazıb: “İran qlobal sabitliyi və Amerikanın maraqlarını təhdid etmək üçün öz insansız uçaq proqramından istifadə edir və Konqres sabitliyi pozan bu davranışın qarşısını almaq üçün İranın dron fəaliyyətinin dayandırılması planını təsdiqləyib”