Dünyaİran

Amerika Nümayəndələr Palatası İrana qarşı sanksiyaları daimi etmək planı hazırlayıb

Amerika Nümayəndələr Palatasının iki partiyalı qanunverici qrupu Amerikanın İrana qarşı sanksiyalarının sabit və daimi olacağı planını təqdim edəcəklər.

Nümayəndələr Palatasında Kaliforniyadan olan respublikaçı senator Mişel Stilin gedişatına nəzarət etdiyi qanun layihəsi 1996-cı ildə qəbul edilmiş “İran Sanksiya Aktı”nın əsasında Amerika və onun müttəfiqlərini nüvə İranı təhlükəsindən qorumaq üçün İran sanksiyalarını daimi etmək üçün hazırlanıb.

Amerika Nümayəndələr Palatasının iki partiyalı qanunvericilər qrupu bu qanunun daimi olması ilə “İranın enerji sektorunu hədəfə almaqla” terror əməliyyatlarının maliyyələşdirilməsinə və ya ballistik raketlərin hazırlanmasına qarşı lazımi maneə yaratmaq niyyətindədir.

Qanun layihəsində həmçinin “İranın qeyri-qanuni silah proqramları, adi silahların və ballistik raketlərin inkişafı və İnqilab Keşikçiləri də daxil olmaqla terrorizmə dəstək ilə bağlı sanksiyalar” tələb olunur.

Related Articles

Bir cavab yazın

Back to top button