Dünyaİran

Amerika prezidentinin xanımı İranda qadınların etirazlarını dəstəkləyib

Oktyabrın 11-də Amerika prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden İranda davam edən etiraz aksiyalarında qadın və qızların cəsarətini alqışlayıb.

O, özünün tviter hesabında etdiyi paylaşımda iranlı qadın və qızların cəsarətləri barədə yazıb və onlara dəstəyini bildirib.

“Qorxma iranlı qadın və qızlar cəsur hərəkətləri və “Qadınlar, həyat, azadlıq” şüarı ilə səslərini eşitdirirlər”,- deyə, Cil Bayden bildirib.

O, dünyanın onların səsini eşitdiyini və etiraz hərəkətlərini gördüyünü deyib.

Related Articles

Bir cavab yazın

Back to top button