Dünyaİran

Amerika rəsmisi İranı nüvə fəaliyyətlərinə son qoymağa çağırıb

Amerika Xarici İşlər Vəzirliyinin sözçüsü Beynəlxalq Atom Enerjisi Ajansının İranın filiz uraniumu tolidinə başlaması barədə son raporuna münasibət bildirib. O, bu barədə “Washington Free Bacon” xəbər ajansına müsahibəsində danışıb. Qurum rəsmisi İranı bu yaxınlarda atdığı təhlükəli addımlardan dönməyə və başqa təxribat yönlü işlər görməməyə çağırıb. “İran atom anlaşması üzrə öhdəliklərini dəfələrlə pozmağa son qoymalıdır. Beləliklə, Amerika dövləti də öz növbəsində atom anlaşmasına qayıda və iqtisadi təhrimləri ləğv edə bilər”,-deyə sözçü diqqətə çatıdırıb.
Bildirək ki, İran dövləti atom fəaliyyətləri ilə BƏRCAM-dakı öhdəliklərini ciddi şəkildə pozub. İranın filiz uraniumu toolidinə başalaması atom silahı əldə etmək yönündə hərəkət etdiyini göstərir.

 

Related Articles

Bir cavab yazın

Back to top button