Dünyaİran

Amerika SEPAH-a qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatını sanksiyalar siyahısına salıb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yer alıb.

Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi İranda ABŞ vətəndaşlarının qanunsuz həbsinə görə məsuliyyət daşıyan SEPAH Kəşfiyyat Təşkilatının dörd yüksək vəzifəli rəsmisinə sanksiya tətbiq edib.

Sanksiya tətbiq olunan rəsmilər arasında əks-kəşfiyyat rəsmisi Ruhullah Bəzqandi və Məhəmməd Kazeminin adı var.

Sonuncu SEPAH komandiridir, İranda vətəndaş cəmiyyətini sıxışdıran və ikili vətəndaşlar da daxil olmaqla iranlı müxalifləri həbs edən əməliyyatlara nəzarət edir.

O, həmçinin Məhsa Əmininin öldürülməsindən sonra ölkə daxilindəki etirazlara qarşı qəddarlıqla nəzarət edib.

Siyahıda SEPAH-da həmsədr müavin Məhəmməd Mehdi Səyyari  və Məhəmməd Həsən Mohağeği də var.

O,İnqilab Keşikçiləri Korpusunun baş briqada generalının müavinidir, Suriyada əks-casusluq əməliyyatları üzrə əlaqələndirici vəzifəsində çalışıb.

Qeyd olunub ki, bugünkü sanskiya ABŞ vətəndaşlarının xaricdə girov götürülməsinə və ya qanunsuz həbsunə cavabdeh olan İranla yanaşı Rusiyadakı yüksək vəzifəli məmurları və təhlükəsizlik xidmətlərini də hədəf alır.

Related Articles

Bir cavab yazın

Back to top button