Dünya

AMERİKA TƏHRİMLƏRLƏ BAĞLI QOYULAN MUAFİYƏTİ UZATMAYACAQ

Mayk Pompeo Amerikanın bundan sonra İranın ətom razılaşması ilə bağlı projələrə qoyulan təhrimlərə dair muafiyəti uzatmayacağını bildirib.

Amerika  xarici işlər vəziri çərşənbə günü yaydığı açıqlamada təhrim muafiyətlərinin 60 gündən sonra başa çatacağını bildirib.

Pompeo açıqlamada yazıb: “Bu gün İranda Bərcam ilə bağlı bütün projələrə qoyulan təhrimlə bağlı nəzərdə tutulan muafiyətin bitdiyini elan edirəm”.

Açıqlamaya görə, muafiyətlərin ləğvi İrak raktoru, Tehran təhqiqat raktoru üçün qəniləşdirilmiş uranyomun təmini və İranın təhqiqat raktorlarına yanacaq tullantılarının sadir edilməsinə şamil edilir.

Açıqlamada deyilir: “Bu fəaliyyətlərə görə təhrimlərdən muafiyət 60 gün müddətindən sonra başa çatacaq ki, bu fəaliyyətlərlə məşğul olanlar işlərini dayandırsınlar.

Amerikanın xarici işlər vəziri habelə İranın ətom qəniləşdirmə bərnaməsinə başçılıq edən Məcid Ağayi və Əmcəd Sazqarın təhrim edilməsinə işarə edərək deyib ki, bu iki nəfər kütləvi qırğın silahlarının genişləndirilməsinə yardım xətəri yarada biləcək fəaliyyətlərə qatılıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close