Dünya

Amerika Xarici İşlər Nazirliyi aban etirazları ilə bağlı açıqlama yayıb

İranda 2019-cu il aban hadisələrinin ildönümü ilə bağlı Amerikanın Xarici İşlər Vəzirliyi açıqlama yayıb. “İran rejimi 23 uşaqla birgə təqribən 1500 etirazçını öldürüb. Minlərlə insan hələ də həbsdə saxlanılır. Keçən il belə bir gündə cəsarətli İran xalqı ölkənin 200-dən çox şəhərində 40 il ərzində xalqın sərvətini terorçuluğa və vətəndaşlara qarşı basqılara sərf edən fasid bir rejimin səhv idarəçiliyinə qarşı bir həftə boyu etiraz edib. İran xalqı söz azadlığını istədiyi bir halda rejim ifratçı zorakılıq və qorxu ideolojisi ilə ona qarşı basqı həyata keçirib. Bir daha əsl mahiyyətini göstərib. İran xalqı qarşısında qalan məşruiyətini də itirib. Təəssüf ki, İran rejiminin qorxu hökmranlığı bu gün də davam edir. İnsanların hüquqları ilə bağlı daxili və beynəlmiləl qanunlara məhəl qoymur. Minlərlə etirazçı zindanlarda qalıb. Bilgilərə görə, burada onlar qamçı ilə, elektrik şokerlə, aclıqla, döyülməklə, cinsi zorakılıq , təcavüzlə şiddətə və işgəncəyə məruz qalıblar”,-deyə açıqlamada vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button