AzərbaycanDünya

Amerikada azərbaycanlıların soyqırımı günü anilib

Amerikanın Florida əyalətində yerləşən Hallandeyl-Biç şəhərində 31 mars – Azərbaycanlıların Soyqırımı Günü ilə ilgili anım mərasimi keçirilib. Mərasim Florida Azərbaycan-Amerika Mədəniyyət Əncüməninin təşkilatçılığı ilə baş tutub. Hökumət evinin önündə toplaşan soydaşlarımız yerli ictimaiyyəti ermənilərin 1918-ci ildə xüsusi amansızlıq və vəhşiliklə xalqımıza qarşı kütləvi şəkildə törətdikləri 31 mars qırğını, tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti haqqında bilgiləndiriliblər. Azərbaycan toplumunun fəalları eyni zamanda hökumət evinin önündə yerləşən meydanda üzərində 1918-ci ildə Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgəsində ermənilərin törətdiyi qanlı cinayətlərin fotolarının və tarixi faktların yer aldığı özəl tablolardan ibarət sərgi təşkil ediblər. 1918-ci ilin marsında Qubada nənə və babası ermənilər tərəfindən qətlə yetirilən həmyerlimiz Əjdər Əminov yerli sakinlərə ailəsinin ermənilər tərəfindən hansı zülmlərə məruz qalması haqqında danışıb.

Related Articles

Bir cavab yazın

Back to top button