AzərbaycanDünyaİran

Avropada “Urmu gölünü xilas et” aksiyasına hazırlıq gedir

Güney Azərbaycanda Urmu gölündə baş verən ekoloji fəlakətlə bağlı aksiyaların davam edir. Avropa ölkələrində də bu məqsədlə aksiyanın keçirilməsi planlaşdırılır.

“Ərk”-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Urmu gölünün xilas edilməsi və baş verən ekoloji fəlakətlə bağlı sentyabrın 16-ı, yerli vaxtla saat 12:30-dan 14:00-a kimi BMT-nin Cenevrədəki nümayəndəliyinin qarşısında aksiya keçirəcək.

Verilən məlumata görə, aksiyaya hazırlıq gedir.

Bununla bağlı adı çəkilən təşkilat çağırış və elanlar yayaraq Avropada yaşayan azərbaycanlıları təyin olunan vaxtda ekoloji problemlə bağlı dinc aksiyaya qatılmağa çağırıb.

Aksiyaya çağırışla eyni vaxtda Güney Azərbaycan şəhərlərində, o cümlədən Urmu, Təbriz və Ərdəbildə ekoloji faciə ilə bağlı vərəqələr yayılır.

Güney Azərbaycan şəhərlərində divar yazıları yazılır və problemin dərinliyini əks etdirən posterlər paylanılır.

Related Articles

Bir cavab yazın

Back to top button