Dünyaİran

Amerikalı qanunvericilər İran məqamlarına qarşı təhrimlərin ləğv edilməsinə etiraz edib

Amerikanın Nümayəndələr Məclisinin 11 üzvü ölkənin xarici işlər vəzirinə məktub göndərərək İranın üç keçmiş rəsmi məqamına və iki şirkətə qarşı təhrimlərin ləğv edilməsinə görə “dərin” nigaranlıqlarını və etirazlarını bildiriblər.

Nümayəndələr Məclisinin cümhuriyyətçi üzvü Klaudia Teninin saytında yer alan məktuba görə, onlar Bayden dövlətinin İranın rəsmi məqamlarına və şirkətlərinə qarşı bəzi təhrimləri ləğv etməsini “İranı razı salmaq çabası” kimi dəyərləndirib və Amerika dövlətini atom danışıqlarında şəffaflığa çağırıblar.

Nümayəndələr Məclisinin üzvləri Amerikanın Maliyyə Vəzirliyinin bu təhrimləri ləğv etməsini Baydenin İrana qarşı təhrimləri azaltmaq üçün hər hansı birtərəfli addım atmamaq öhdəliyini pozduğunu deyirlər.

Xatırladaq ki, Amerika juənin 12-də İran Milli Nəft Şirkətinin keçmiş icraçı müdiri Əhməd Qəlebani və İranın iki yüksək vəzifəli nəft müdiri ilə birlikdə “Hong Kong Sea Charming” və Çinin “Auxing” şirkətlərini təhrimlər listəsindən çıxarıb.

Related Articles

Bir cavab yazın

Back to top button