Dünya

AMERİKANIN BƏZİ ŞƏHƏRLƏRİNDƏ NİZAMİ HÖKÜMƏT TƏTBİQ OLUNDU

Amerikanın böyük şəhərlərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etirazlar səbəbilə nizami hökümət tətbiq edilib.
Məlumata görə, nizami höümət Los-Anceles və Beverli-Hills, Denver , Mayami Atlanta Çikaqo kimi 25 -ə yaxın şəhərdə tətbiq edilib.
Bundan əlavə, Minnesota, Corciya, Ohayo, Kolorado, Viskonsin, Kentukki, Yuta, Tekzas əyatlərində, o cümlədən paytaxtın Kolombiya dairəsində küçələrdə nizam-intizamın təmin edilməsi üçün Amerika Milli Qardının əsgərləri səfərbər edilib.
Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra Amerikanın müxtəlif yerlərində etirazlar başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button