İran

80-90 yaşlı vəzifəlilər hələ də iş başındadırlar

“Cumhuri islami” qəzeti Tehran məqamlarını intiqad edib. Belə ki, qəzetdə məqamların yaşlarına işarə edilərək bildirilib ki, 80-90 yaşında olanlar bundan sonra da işdə fəaliyyət göstərmək niyyətindədirlər. Məqalədə Japonun baş vəziri ŞinzuAbenin istefasına işarə edilib.
Xatırladaq ki, ŞinzuAbenin istefa səbəbi fiziki zəifliyinin verdiyi qərarlarla bağlı olub. O, “bu, Japonun çıxarına ziyan verər. Buna görə qalmaqdansa, istefaya üstünlük verirəm”, – deyə bildirib.
Məqalənin ardında yazılır:
“Baznişəstəlik qanununun 2 il öncə icra edilməsinə baxmayaraq, yaşlı məsulları hələ də vəzifələrindən uzaqlaşdıra bilməyib. Buna səbəb isə qanunun muxtəlif təbsirələrlə təsirini itirməsidir. Beləliklə, hazırda 90 yaşında və eyni halda hərəkət etməyə qadir olmayan insanlar məsuliyyətlərini davam etdirirlər.”

Related Articles

Bir cavab yazın

Back to top button