Dünya

Amerikanın İran üzrə özəl nümayəndəsinə daha sərt birisi seçildi

Amerıkanın xarici işlər vəziri Mayk Pompeonun bildirdiyinə əsasən, İran üzrə özəl numayəndə Brayan Hukun yerinə Eliot Abramz təyin edilib.
Abramz eyni zamanda başqa bundan öncəki Amerikanın Venezoela üzrə özəl numayəndəsi vəzifəsində də qalacaq.
Xatırladaq ki, Abramz cumhuriyyətçi və İraq savaşında əsas rolu olmuş birisidir. Bununla bağlı Trampın xarici siyasət üzrə müşaviri Lindsay Graham Huka təşəkkür edib. Hukun getməsi ilə Vaşinqton Tehran arasında seçkilərə qədər diplomatik danışıqlar şansı aradan qalxıb.
Başqa tərəfdən, Eliot Abramz Maduro hökumətini devirə bilməməsini, Amerikanın Venezueladakı rejim dəyişdirmə seçiminin dəyişdiyini göstərdi.
Əslində, Tramp İrana daha çox basqı göstərmək və ya danışıqlar aparmaq istəyir. Eliot Tramp üçün Huk və Trump ətrafındakı neo-mühafizəkarlardan daha yaxşı seçimdir.
Huk bildirib ki, zaman keçdikcə İranın iqtisadi böhranı, əsasən Amerikanın rəhbərlik etdiyi təhrimlərlə güclənərək, İranı atom yanacağını zənginləşdirmək üçün bütün imkanlarından göz yummağa məcbur edəcək.
“Bu günə qədər çox uğurlu olduq. İran rejimi və terorçu silahdaşları öncəkindən daha zəif hala gəlib”, – deyə o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button