İran

Amerikanın İran üzrə eksperti Mark Dubovitz İran səfirinin Bakıdan qovulmasını təklif edib

O, İran səfirinin İsrail səfirini təhdidinə münasibət bildirib.

Amerikanın İran üzrə eksperti Mark Dubovitz İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrail səfiri Corc Diki ölümlə hədələməsi ilə bağlı paylaşım edib.

“İran səfiri açıq şəkilə İsrail səfirini ölümlə təhdid edir. Azərbaycan İranın səfirini mollalara geri göndərməli və onun ölkəyə girişini bloklamalıdır”-deyə, nüfuzlu ekspert Mark Dubovitz yazıb.

Qeyd edək ki, İsrail səfirinin Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşım edib.

Bundan sonra İranın azərbaycandakı səfiri Abbas Musəvi Tvitter hesabında paylaşım edərək İsrail səfirini “oğlancığaz” adlandırıb və onu təhdid edib.

Related Articles

Bir cavab yazın

Back to top button