İran

Amerikanın körfəzdə yeni zərbə qüvvəsi

Amerika körfəzdəki müttəfiqlərinə hərbi yardımını artırmaqla yanaşı, bölgəsəl müttəfiqlərinin əmniyətini təmin etmək üçün daha ciddi iştirak və öhdəlik nümayiş etdirmək niyyətindədir.

Son olaraq isə rəsmi Vaşinqton Yəmənə silah qaçaqmalçılığının qarşısını almaq üçün çoxmillətli zərbə qüvvələri yaratdığını elan edib. Proqramın əsas məqsədi İran rejiminin husi yaraqlılarına yardımlarının qarşısını almaqdır.

Sözügedən zərbə qüvvəsinin yaradıldığının açıqlanması İran hökumətinin dəstəklədiyi Yəmən husilərinin son vaxtlar Amerikanın müttəfiqlərinə hücumlarının artdığı bir vaxta təsadüf edib.

Xatırladaq ki, İranın Yəmən husiləri də daxil olmaqla, bir çox proksi (niyabəti) qruplaşmalarına yardım göstərməsi indiyə qədər 10 minlərlə insanın ölümünə, habelə evindən didərgin düşməsinə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button